Ana Sayfa > Karusel / Dünya > Josep Borrel: “Avropaya strateji səbir lazımdır”

Josep Borrel: “Avropaya strateji səbir lazımdır”


18-07-2022, 08:56. Yazar: Admin

Josep Borrell: Crucial efforts and progress made between Armenia and Azerbaijan - AZERTAC

“Avropaya strateji səbir lazımdır”.

Qarabaginfo.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel öz bloqunda yazıb. Aİ rəsmisi Rusiyaya qarşı sanksiyaların təsirli olması üçün Avropa xalqını strateji səbir göstərməyə çağırıb.

Onun sözlərinə görə, tətbiq edilən məhdudiyyətlər artıq Rusiya Prezidenti Vladimir Putinə güclü təsir edib. Avropa diplomatiyasının rəhbəri qeyd edib ki, bu məhdudlaşdırıcı tədbirlərin təsiri ancaq artacaq.

“Rusiya təcavüzünü dayandırana və Ukrayna öz suverenliyini tam bərpa edə bilənə qədər bizə strateji səbir lazımdır”, - Borrel öz bloqunda yazıb.

Avropa diplomatiyasının rəhbəri hesab edir ki, Rusiyanın Ukrayna müharibəsində qələbə qazanması demokratiyanın və “qaydalara əsaslanan beynəlxalq nizamın özülünün məhvi” demək olacaq.


Geri dön