Ana Sayfa > Karusel / Gündəm > Zelenski Baş prokuroru və Təhlükəsizlik Xidmətinin rəhbərini işdən çıxarıb

Zelenski Baş prokuroru və Təhlükəsizlik Xidmətinin rəhbərini işdən çıxarıb


17-07-2022, 23:59. Yazar: Admin

Volodimir Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski Baş prokur İrina Venediktovanı və Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri İvan Bakanovu vəzifələrindən azad edib.

Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə Ukrayna prezidentinin ofisi məlumat yayıb.

Zelenski bildirib ki, indiyədək prokurorluq və digər hüquq-mühafizə orqanları işçilərinə qarşı vətənə xəyanət və kollaborasionizm maddəsi ilə 651 cinayət işi açılıb. Cinayətlərin çoxluğu təhlükəsizlik orqanlarının rəhbərləri üçün ciddi suallar doğurur.


Geri dön