Ana Sayfa > Karusel / Gündəm > Bakıda mənzildə 67 yaşlı kişinin meyiti aşkarlanıb

Bakıda mənzildə 67 yaşlı kişinin meyiti aşkarlanıb


17-07-2022, 18:43. Yazar: Admin

Bakıda mənzildə 67 yaşlı kişinin meyiti aşkarlanıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Qarabaginfo.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb.

Mənzildə aşkarlanan 1955-ci il təvəllüdlü Atayev Elman Hilal oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.


Geri dön