Ana Sayfa > Karusel / Gündəm > “Dərnəgül" metrostansiyası yaxınlığında yanğın başlayıb

“Dərnəgül" metrostansiyası yaxınlığında yanğın başlayıb


17-07-2022, 15:14. Yazar: Admin

“Dərnəgül" metrostansiyası yaxınlığında yanğın başlayıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda "Dərnəgül" metrostansiyası yaxınlığında yanğın olması barədə məlumat daxil olub. Məlumat daxil olduqdan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Qarabaginfo.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, ilkin məlumata əsasən, təkər tullantıları yanır. Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.


Geri dön