Ana Sayfa > Karusel / Gündəm > Xəzər rayonunda dənizdə meyit tapılıb

Xəzər rayonunda dənizdə meyit tapılıb


17-07-2022, 13:42. Yazar: Admin

Xəzər rayonunda dənizdə meyit tapılıb

Fövqəladə Hallar Nazirliyin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Xəzər rayonunda dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.

Qarabaginfo.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən 1982-ci il təvəllüdlü Rəhimov Samir Rəhim oğlunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Geri dön