Ana Sayfa > Karusel / Gündəm > Salyanda ölümlə nəticələnən yol qəzası olub

Salyanda ölümlə nəticələnən yol qəzası olub


17-07-2022, 00:53. Yazar: Admin

Salyanda ölümlə nəticələnən yol qəzası baş verib.

Qarabaginfo.az-ın məlumatına görə, hadisə Salyan-Şirvan avtomobil yolunun Xalac kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Rayonun Qırxçıraq kənd sakini, 1997-ci il təvəllüdlü Baxışov Məhəmməd Adil oğlunun idarə etdiyi “Ford” markalı avtomobil hərəkətdə olarkən “Opel”lə toqquşub.

Qəza nəticəsində “Ford”un sürücüsü ölüb.

Faktla bağlı araşdırma aparılır.


Geri dön