Ana Sayfa > Karusel / Gündəm > ABŞ və Misir prezidentləri dünyada yaranan ərzaq böhranından danışıb
ABŞ və Misir prezidentləri dünyada yaranan ərzaq böhranından danışıb17-07-2022, 00:18. Yazar: Admin |
ABŞ prezidenti Co Bayden və Misir prezidenti Əbdülfəttah əs-Sisi dünyadakı ərzaq böhranından narahat olduqlarını bildirib. Qarabaginfo.az xəbər verir ki, bu barədə Ağ Evin saytında məlumat verilib. Bayden və əs-Sisi terrorizmlə mübarizədə əməkdaşlığa sadiq olduqlarını bildirib. Tərəflər İŞİD-ə qarşı mübarizədə beynəlxalq koalisiyanın mühüm nailiyyətlərini alqışlayıblar. Bəyanatda deyilir ki, ABŞ və Misir Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarından ciddi narahatlıq keçirir. Bildirilib ki, Rusiya-Ukrayna müharibəsi qlobal təchizat zəncirlərinə və enerjinin qiymətinə təsir edir. Geri dön |