Ana Sayfa > Karusel / Gündəm > Səudiyyə Ərəbistanının vəliəhdi Baydenə ABŞ-ın İraqdakı səhvlərini xatırladıb

Səudiyyə Ərəbistanının vəliəhdi Baydenə ABŞ-ın İraqdakı səhvlərini xatırladıb


16-07-2022, 21:40. Yazar: Admin

ABD, Arap müttefikleriyle İsrail ile imzaladığı Kudüs Deklarasyonu'na benzer bir bildiri imzalar mı? | Independent Türkçe

Səudiyyə Ərəbistanının vəliəhdi Baydenə ABŞ-ın İraqdakı səhvlərini xatırladıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə şənbə günü “Al Arabiya” telekanalı adı açıqlanmayan Səudiyyə rəsmisinə istinadən məlumat yayıb.

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud ABŞ Prezidenti Co Baydenlə 2018-ci ildə jurnalist Camal Qaşıqçının qətlə yetirilməsi ilə bağlı söhbətində qeyd edib ki, krallıq rəsmiləri bu faktla araşdırma aparıb və cinayətə görə məsuliyyət daşıyanlar məsuliyyətə cəlb olunub.

Cümə günü baş tutan görüş zamanı vəliəhd Baydenin səudiyyəli müxalif jurnalistin öldürülməsi ilə bağlı dediklərinə cavabında baş verənlərin təəssüf doğurduğunu vurğulayıb. "Biz krallıqda bütün qanuni tədbirləri görmüşük - istintaq və məhkəmələrdən tutmuş məhkəmə qərarlarının verilməsi və icrasına qədər. Krallıq həmçinin gələcəkdə belə səhvlərin təkrarlanmaması üçün tədbirlər görüb", - mənbə Məhəmməd bin Salmandan sitat gətirib.

Məlumata görə, vəliəhd Baydenə oxşar hadisələrin bütün dünyada baş verdiyini deyib. Bu kontekstdə o, “Əl-Cəzirə” telekanalının jurnalisti Şirin Əbu Aklenin israilli snayper tərəfindən öldürülməsini xatırladıb və ABŞ-ın bu hadisəyə tam cavab verməsindən şübhələnib.

Bundan əlavə, Məhəmməd bin Salman Vaşinqtonun Yaxın Şərq siyasətini tənqid edib. O, xüsusilə, Birləşmiş Ştatların əsgərlərinin İraqdakı Əbu Qreyb həbsxanasındakı hərəkətlərini “ABŞ-ın səhvlərindən biri” adlandırıb.


Geri dön