Ana Sayfa > Karusel / Gündəm > İndoneziyada silahlı hücum zamanı 10 nəfər ölüb
İndoneziyada silahlı hücum zamanı 10 nəfər ölüb16-07-2022, 21:29. Yazar: Admin |
İndoneziyada silahlı hücum olub. Qarabaginfo.az Reuters-ə istinadən xəbər verir ki, hadisə Qərbi Papua Azadlıq Ordusuna aid silahlılar tərəfindən həyata keçirilib. Papua əyalət polisinin məlumatına görə, hücumda 10 tacir öldürülüb 2-i yaralanıb. Polis sözçüsü Əhməd Mustofa Kamal bildirib ki, hücumu 20-yə yaxın silahlı şəxs həyata keçirib. Kamal 7 nəfərin hadisə yerində, 3 nəfərin isə yaxınlıqdakı klinikada dünyasını dəyişdiyini bildirib. Xatırladaq ki, 1963-cü ildən İndoneziya bölgəsinə birləşən Papua bölgəsi Niderlandın nəzarəti altındadır. Geri dön |