Ana Sayfa > Karusel / Gündəm > ABŞ Ukrayna üçün pilotların hazırlanmasına pul ayırdı

ABŞ Ukrayna üçün pilotların hazırlanmasına pul ayırdı


16-07-2022, 18:59. Yazar: Admin

ABŞ Konqresinin Nümayəndələr Palatası Ukrayna hərbçilərinə Amerika təyyarələrini idarə etməyi öyrətmək üçün 100 milyon dollar ayrılmasını təsdiqləyib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə "Defence News" portalı məlumat yayıb.

Təşəbbüs Konqresin aşağı palatası tərəfindən növbəti maliyyə ili üçün müdafiə büdcəsinə düzəliş kimi qəbul edilib. Təklif Respublikaçı Adam Kinzinger tərəfindən irəli sürülüb.

Kinzinger sözlərinə görə, onun təklif etdiyi tədbir gələcəkdə Ukrayna Silahlı Qüvvələrinin Qərb texnikasına keçidini asanlaşdıracaq. Konqresmen bildirib ki, F-15 və F-16 döyüş təyyarələrini idarə etməyin əsaslarını öyrənmək təxminən üç ay çəkəcək.


Geri dön