Ana Sayfa > Karusel / Gündəm > Əməkdar jurnalist Mais Məmmədov vəfat edib

Əməkdar jurnalist Mais Məmmədov vəfat edib


16-07-2022, 16:44. Yazar: Admin

Əməkdar jurnalist Mais Məmmədov vəfat edib

Əməkdar jurnalist Mais Məmmədov 84 yaşında vəfat edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə tanınmış telejurnalist Vahid Mustafayev məlumat verib.

Qeyd edək ki, bir müddət əvvəl o, səhhətindəki problemlə əlaqədar xəstəxanada müalicə alırdı.

Qeyd edək ki, Mais Məmmədov 12 iyul 1938-ci ildə Bakıda doğulub. 1998-ci ildən 2016-cı ilədək ANS Müstəqil Yayım və Media Şirkətində rəhbər vəzifələrdə - ictimai əlaqələr üzrə baş müşavir, prezidentin müşaviri kimi çalışıb.

Eyni zamanda, ANS Müstəqil Yayım və Media Şirkətinin Fəxri Sədri olub. Azərbaycan Respublikasının "Əməkdar jurnalist" Fəxri adı ilə təltif edilib.

Allah rəhmət eləsin!


Geri dön