Ana Sayfa > Karusel / Dünya > Anqolanın Bakıda təhsil almış sabiq prezidentinin meyiti ailəsinə verilməyib
Anqolanın Bakıda təhsil almış sabiq prezidentinin meyiti ailəsinə verilməyib16-07-2022, 08:33. Yazar: Admin |
İspaniyada vəfat etmiş Anqolanın sabiq Prezidenti Joze Eduardu duş Santuşun meyiti ailəsinə verilməyib. Qarabaginfo.az xəbər verir ki, bu barədə Kataloniya məhkəməsi qərar çıxarıb. Qərarda göstərilir ki, ilkin müayinə zamanı sabiq prezidentin ölümünün təbii səbəbdən olduğu sübut edilsə də, qohumlarının iddiası əsasında əlavə ekspertiza təyin edilib. Lakin müayinə başa çatanadək meyit Məhkəmə Ekspertizası İnstitutunda saxlanılmalıdır. Qeyd edək ki, ötən həftə sabiq prezidentin qızı meyitin təkrar müayinəsi üçün məhkəmədə iddia qaldırıb. O, həmçinin atasının vətəndə deyil, 2019-cu ildən bəri yaşadığı İspaniyada, təmtəraqdan uzaq şəkildə dəfn edilməsini istəyir. Joze Eduardu duş Santuş 1979-2017-ci illərdə Anqola Prezidenti olub. Geri dön |