Ana Sayfa > Karusel / Dünya > ABŞ Estoniyaya HİMARS sistemləri satmağa razılıq verib

ABŞ Estoniyaya HİMARS sistemləri satmağa razılıq verib


16-07-2022, 08:30. Yazar: Admin

 ABŞ Estoniyaya HİMARS sistemləri satmağa razılıq verib

ABŞ Dövlət Departamenti Estoniyaya HİMARS yaylım atəşli reaktiv sistemləri (YARS) satmağa razılıq verib.

Qarabaginfo.az UNİAN-a istinadən xəbərinə görə, müqavilənin ümumi dəyəri təxminən 1,5 milyard dollar təşkil edir.

Pentaqondakı mənbələrin məlumatına görə, YARS dəstinə 6 buraxılış qurğusu, sursat, yardımçı avadanlıq və ehtiyat hissələri daxildir.

Hazırda HİMARS Ukraynada geniş tətbiq edilir. Bu silahlar 300 kilometr məsafədki hədəfi məhvetmə qabiliyyətinə malikdir.


Geri dön