Ana Sayfa > Karusel / Gündəm > Sahil Babayev: "Bakı, Sumqayıt və Abşeronda şəhid ailələrinin və müharibə əlillərinin mənzil təminatını yekunlaşdıracağıq"
Sahil Babayev: "Bakı, Sumqayıt və Abşeronda şəhid ailələrinin və müharibə əlillərinin mənzil təminatını yekunlaşdıracağıq"15-07-2022, 23:19. Yazar: Admin |
Siz mənzil proqramı ilə bağlı görülmüş işləri artıq qeyd etdiniz. Bu il bu kateqoriyadan olan insanlara 600 mənzil artıq təqdim edilib və nəzərdə tutulan plan 1500 mənzildir. Qarabaginfo.az-ın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə Əmək və əhalinin sosial müdafiəsi naziri SAHİL babayev deyib. “Növbəti iki ay ərzində daha 500 mənzil və fərdi evin bu kateqoriyadan olan insanlarımıza təqdim edilməsi planlaşdırılır. Beləliklə, biz Bakı, Sumqayıt və Abşeron ərazisində Sizin tapşırığınıza uyğun olaraq, əsas kontingent olan şəhid ailələrinin və müharibə əlillərinin mənzil təminatını yekunlaşdıracağıq. Paralel olaraq regionlarımızda, böyük şəhərlərimizdə də bu iş davam etdirilir. Əlavə olaraq cari ilin birinci yarısında 100 avtomobil də müharibə əlillərinə təqdim edilib. Digər bir istiqamət məşğulluqdur. Postmüharibə dövründə artıq 19 min şəhid ailəsi üzvü, müharibə əlili və Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib. Onların aktiv məşğulluq proqramına cəlb olunmaları üçün imkanları dəyərləndirilib, istəklərinə uyğun olaraq, böyük bir qismi - 8 min nəfəri özünüməşğulluq proqramlarına cəlb edilib. Bu, 8 min ailədə kiçik ailə təsərrüfatının qurulması onların daimi gəlir mənbəyinin yaradılması imkanıdır. Burada əsas mənbə İşsizlikdən Sığorta Fondu, yəni, dövlət vəsaitləri olub. Paralel olaraq, Dünya Bankı ilə layihə də icra edilir. Sizin ötən müşavirələrdə verdiyiniz tapşırığa uyğun olaraq, Banklar Assosiasiyası və Həmkarlar İttifaqları Konfederasiyası da bu prosesə qoşulub” – deyə nazir qeyd edib. Geri dön |