Ana Sayfa > Karusel / Gündəm > İlham Əliyev: "Bizdə elə potensial olmalıdır ki, 5 000 meqavat gücündə elektrik enerjisini ixrac edə bilək"
İlham Əliyev: "Bizdə elə potensial olmalıdır ki, 5 000 meqavat gücündə elektrik enerjisini ixrac edə bilək"15-07-2022, 22:02. Yazar: Admin |
"Əgər biz orta hesabla, belə demək mümkünsə, ildə 1000 meqavat gücündə elektrik enerjisini ixrac edə biliriksə, bizdə elə potensial olmalıdır ki, 5000 meqavat gücündə elektrik enerjisini ixrac edə bilək". Qarabaginfo.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki nitqində bildirib. Dövlət başçısı deyib: “Ona görə mən “Azərenerji”yə tapşırıq verdim, indi hökumətə də, aidiyyəti qurumlara da tapşırıq verirəm, biz bu işi əsaslı etməliyik. Yəni, əlavə 1 000 meqavat, yaxud da 1 500 meqavatla kifayətlənmək lazım deyil. Bəlkə də daha böyük investisiyalar qoyaq, amma elə edək ki, sabah bizdə artıq enerji hasil ediləndə ixracla problem olmasın. Potensial alıcılarla da danışıqlar başlanmalıdır. Məncə, biz gözləməməliyik ki, kimsə gəlsin qapımızı döysün, bu il özümüz bazarları, mümkün olan bazarları təsbit etməliyik. Oraya heyətlər göndərilməlidir, danışıqlar aparılmalıdır, şərtlər razılaşdırılmalıdır. Çünki gələcək bununla bağlıdır. Biz hamımız yaxşı bilirik ki, artıq ənənəvi enerji növlərinə investisiyalar dayanacaq. Hidrogen, yaşıl hidrogen, elektrik enerjisi - bunlardır gələcəyin enerji növləri. Biz burada bir addım geri olmamalıyıq, əksinə, qabağa getməliyik və bütün imkanlar var”. Geri dön |