Ana Sayfa > Karusel / Gündəm > Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var15-07-2022, 21:49. Yazar: Admin |
Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var. Bunu artıq beynəlxalq mütəxəssislər də qeyd edirlər. Qarabaginfo.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə çıxış edərkən söyləyib. Dövlətimizin başçısı deyib: “Xəzər dənizinin küləyi bəzi hallarda bizim üçün bəlkə də problem yaradır. Amma, əksinə, bu, Bakının havasını təmizləyir. Xəzri əsəndə biz hamımız sevinməliyik ki, şəhərə təmiz hava gəlir. Amma bu küləyin də çox böyük faydası ola bilər. Bir neçə böyük şirkətdən Xəzər dənizində külək elektrik stansiyalarının tikintisi ilə bağlı ilkin təkliflər gəlib. Onlar indi həm Energetika Nazirliyi, həm İqtisadiyyat Nazirliyi tərəfindən öyrənilir, təhlil aparılır. Əlbəttə, biz bilirik potensial nədir, biz bilirik ki, bu, xarici investorlar üçün cəlbedicidir. Onu da deməliyəm ki, artıq bu sahədə böyük şirkətlər arasında rəqabət var və çox ciddi rəqabət var. Mən indi o şirkətlərin adlarını çəkmək istəmirəm. Amma bu sahədə investisiya qoymaq istəyənlərin sayı kifayət qədər çoxdur. Ona görə biz düzgün seçim edəcəyik. Yəni, demək istəyirəm ki, mən burada investisiyalarla bağlı qıtlıq görmürəm”. Geri dön |