Ana Sayfa > Karusel / Siyasət > Əli Əsədov İrakli Şotadze ilə görüşüb

Əli Əsədov İrakli Şotadze ilə görüşüb


15-07-2022, 13:10. Yazar: Admin

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 15-də Gürcüstanın Baş prokuroru İrakli Şotadze ilə görüşüb.


Nazirlər Kabinetindən (NK) Qarabaqinfo.az-a verilən məlumata görə, görüşdə Azərbaycan-Gürcüstan dostluq münasibətlərinin müxtəlif sahələrdə inkişaf etdiyi məmnunluqla vurğulanıb.


İki ölkənin prokurorluq orqanları arasında həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib.


Həmçinin Azərbaycan-Gürcüstan əlaqələrinin bir çox istiqamətlərdə genişləndirilməsi perspektivləri müzakirə olunub.


Görüşdə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev iştirak edib


Geri dön