Ana Sayfa > Karusel / Region > İranda koronavirusa yoluxma kəskin ARTIB

İranda koronavirusa yoluxma kəskin ARTIB


15-07-2022, 11:30. Yazar: Admin

İranda koronavirusun yeddinci dalğası başlayıb.

 

Qarabaqinfo.az xəbər verir ki, bu barədə məlumatı “IRNA” yayıb. 

 

Səhiyyə sahəsinin bir neçə nümayəndəsi hesab edir ki, ölkədə koronavirusa gündəlik yoluxma sayının iki qat artması İranda koronavirusun yeddinci dalğasının başlamasını göstərir.

 

Qeyd edək ki, iyulun 14-ü İranda koronavirusa 5234 yeni yoluxma qeydə alınıb, 8 nəfər isə dünyasını dəyişib. Bununla da, İranda pandemiya dövründə koronavirusa yoluxanların ümumi sayı 7 milyon 66 min 475-ə çatıb, 141 464 nəfər isə dünyasını dəyişib. (modern.az)


Geri dön