Ana Sayfa > Karusel / Gündəm > “Yəqin Mirşahin hərbi xidmətdə olmayıb, ona görə də bir çox məsələlərdən məlumatsızdır

“Yəqin Mirşahin hərbi xidmətdə olmayıb, ona görə də bir çox məsələlərdən məlumatsızdır


14-07-2022, 12:48. Yazar: Admin

“Yəqin Mirşahin hərbi xidmətdə olmayıb, ona görə də bir çox məsələlərdən məlumatsızdır”

Özünü yandıran “Mauqli” ləqəbli qazi Elvin Cəfərovun adı ətrafında yaranmış ajiotaj səngimək bilmir. Qazinin ölümündə kimisi rayon icra hakimiyyətini, kimisi də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini günhalandırır. 

Gündəmi zəbt edən intihar xəbərlərinə dair bir çox səlahiyyətli şəxslər tərəfindən müxtəlif fikirlər səsləndirilir. Hətta “mediada intihar xəbərləri nə qədər çox olarsa, intiharlar da bir o qədər çoxalacaq” deyənlər də var. Əməkdar jurnalist Mirşahin Ağayev də analoji mövqedən çııxş edib. 

Bu məsələdə mətbuatı və jurnalistləri ittiham etmək nə dərəcədə doğrudur?

Mövzunu şərh edən Əməkdar jurnalist, tanınmış media eksperti Elçin Şıxlı Yenisabah.az-a açıqlamasında bildirib ki, "intihar xəbərləri artdıqca intiharlar da artır" demək doğru deyil, bunların hamısı boş söhbətlərdir.

“Sadəcə olaraq həmin insanlarda psixoloji cəhətdən post-müharibə dramatik sindromu var. Çünki odun-alovun içindən çıxıb elə dəhşətli anlar yaşayıb və görüblər ki, hər insanın psixolgiyası həmin anlara tab gətirə bilmir”.

Azərbaycanın qeyri-dövlət təşkilatları, dövlətin müəyyən strukturları post-müharibə sindromunun mövcudluğunu nəzərə alaraq müəyyən proqramlar hazırlayırdılar. Söhbət hansısa müavinətlərin verilməsindən getmir. Müharibədən sonra əvvəllər işlədiyi sənət üzərə işləyə bilməyən qazilər üçün ən əsas şərt psixoloji dərslər keçilməli, fiziki vəziyyəti nəzərə alınaraq onlar yeni işlə təmin olunmalı, heç kimə möhtac buraxılmamalıdırlar.

“Çünki müharibədə iştirak edən qazilərimiz üçün cəmiyyətdə hələ də vacib yer tutduqlarını və cəmiyyətin vazkeçilməz bir fərdi olduqlarını hiss etdirməyimiz onlar üçün çox vacib psixoloji dəstəkdir”.

Ekspert qeyd edib ki, bəzi məmurlar və digər şəxslər vardır ki, kobud və acı cavab verərək onların qol-qanadın bir daha sındırırlar.

“İstər qazilər, istər veteranlar, istərsə də digər vətəndaşlara insan kimi yanaşılmalı, dərdlərinə qulaq asılmalı və qayğı göstərilməlidir”.

Elçin Şıxlı Mirşahin Ağayevin intihar edən qazi haqqında fikirlərinə də münasibət bildirib:

“Yəqin Mirşahin hərbi xidmətdə olmayıb, ona görə də hərbidə baş verən bir çox məsələlərdən məlumatsızdır. Mirşahinin öz fikridi və onun fikirlərinə rəy bildirməyi doğru saymıram”.


Geri dön