Ana Sayfa > Karusel / Siyasət > Azərbaycanda iki rayona prokuror təyin olunub

Azərbaycanda iki rayona prokuror təyin olunub


14-07-2022, 12:25. Yazar: Admin

Kamran Əliyev

 

Kürdəmir və Ağdaş rayonlarına yeni prokurorlar təyin edilib.

Qarabaginfo.az xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Ağdaş rayon prokuroru Tural İbrahimov tutduğu vəzifədən azad edilərək Kürdəmir rayon prokuroru vəzifəsinə təyinat alıb.

Baş prokurorun digər bir əmri ilə Anar Əliyev Ağdaş rayon prokuroru təyin olunub.

Baş Prokurorluğun Mətbuat xidmətindən Qarabaginfo.az-a faktı təsdiqləyiblər.

 


Geri dön