Ana Sayfa > Karusel / Kriminal > "Azərsu" ASC-nin idarəsindən 50 ədəd su sayğacı oğurlanıb
"Azərsu" ASC-nin idarəsindən 50 ədəd su sayğacı oğurlanıb14-07-2022, 11:43. Yazar: Admin |
"Azərsu" ASC-nin Abşeron Sukanal idarəsinin binasından su sayğacları oğurlanıb. Daxili İşlər Nazirliyindən qQarabaginfo.az-a bildirilib ki, Abşeron Rayon Polis İdarəsinə iyulun 7-nə keçən gecə Xırdalan şəhəri ərazisində yerləşən Abşeron Sukanal idarəsinin binasından 50 ədəd su sayğacının oğurlanması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Xırdalan şəhər sakini N.Quliyev və Tərtər rayon sakini T.Əlizadə müəyyən edilərək saxlanılıblar. Araşdırma aparılır. Geri dön |