Ana Sayfa > Karusel / Hadisə > Azərbaycan Ordusunun əsgəri avtomat silahdan açılan atəş nəticəsində ölüb
Azərbaycan Ordusunun əsgəri avtomat silahdan açılan atəş nəticəsində ölüb14-07-2022, 09:56. Yazar: Admin |
İyulun 13-ü saat 23 radələrində Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Manafzadə Ruslan Şərif oğlu avtomat silahdan açılmış atəş nəticəsində ölüb. Qarabaginfo.az xəbər verir ki, bu barədə Apa-nın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, faktla bağlı Hərbi prokurorluqda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb. Hazırda istintaq aparılır.
Geri dön |