Ana Sayfa > Karusel / Cəmiyyət > “İntihara cəhd etməyim barədə xəbər yalandır” - Qazi Elvin Məmmədov

“İntihara cəhd etməyim barədə xəbər yalandır” - Qazi Elvin Məmmədov


14-07-2022, 06:59. Yazar: Admin

“İntihara cəhd etməyim barədə xəbər yalandır” - Qazi Elvin Məmmədov

Bu gün sosial şəbəkədə Ağdaş rayon sakini olan qazi Məmmədov Elvin Elçin oğlunun Türyançay sahilində intihara cəhd etdiyi barədə məlumat yayılıb. Onun intihar məqdədilə özünü yandırdığı, vəziyyətinin kritik olduğu qeyd edilib.

Yerli hüquq-mühafizə orqanlarından APA-ya bildirilib ki, bu gün Ağdaş rayonunda belə fakt qeydə alınmayıb.

Agentliyin yerli bürosunun apardığı araşdırma nəticəsində bəlli olub ki, 1995-ci il təvəllüdlü Elvin Məmmədov iyulun 10-da yanıq xəsarətləri ilə Ağdaş rayon Mərkəzi Xəstəxanasına daxil olub, ona ilkin yardım göstəriləndən sonra Bakıya Nərimanov Tibb Mərkəzinə təxliyyə edilib.

Elvin Məmmədov özü APA-ya bildirib ki, onun intihara cəhd etməsi barədə xəbər yalandır.

Qazi çay kənarında özünə məxsus kafedə manqalda ehtiyatsızlıqdan xəsarət aldığını qeyd edib: "Mən intihar məqsədilə özümü yandırmamışam. Manqalda kabab bişirən zaman ehtiyatsızlıqdan yanıq xəsarətləri almışam. Hazırda vəziyyətim normaldır".

Qazi həmçinin qeyd edib ki, Vətən Müharibəsində Suqovuşan azadlığı uğrunda döyüşlərdə iştirak edib və Ali Baş Komandan tərəfindən "Suqovuşanın azad edilməsi" medalı ilə təltif edilib.

Xəstəxanadan bildirilib ki, E. Məmmədov bədənin döş qəfəsinin, qarın nahiyyəsinin sol qolun, əlin termiki alov yanığı ilə daxil olub. Onun vəziyyəti qənaətbəxşdir, yaxın günlərdə evə buraxılacaq.

Ağdaş Qarabağ Əlilləri Cəmiyyətinin sədri İsmayıl Xudiyev bildirib ki, o, bu gün də Elvin Məmmədovu ziyarət edib. İ.Xudiyev də E.Məmmədovun intihar etməsi ilə bağlı yazılanların həqiqəti əks etdirmədiyini qeyd edib: "Elvin Məmmədovun veteran təqaüdü 3 ay verildikdən sonra dayanıb. Bunun səbəbi araşdırılır. Lakin onun yanıq xəsarəti alması sırf məişət zəminində, kafedə kabab bişirərkən olub".


Geri dön