Ana Sayfa > Karusel / Dünya > ÜST COVID-19-un müalicəsi üçün tövsiyə etmədiyi dərmanların adlarını açıqlayıb
ÜST COVID-19-un müalicəsi üçün tövsiyə etmədiyi dərmanların adlarını açıqlayıb14-07-2022, 06:56. Yazar: Admin |
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yüngül və orta dərəcəli koronavirus infeksiyasının müalicəsi üçün kolxisin və fluvoksamin preparatlarının istifadəsini tövsiyə etmir. Qarabaginfo.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə təşkilatın məlumatında deyilir. “Antidepresant fluvoksamin və podaqranın müalicəsində istifadə edilən kolxisin yüngül və ya orta dərəcəli koronavirus xəstələrinin müalicəsində tövsiyə edilmir, çünki hazırda onların pasiyentlərin vacib göstəricilərini yaxşılaşdırdığına dair kifayət qədər sübut yoxdur və hər iki dərman potensial olaraq zərərlidir”, - ÜST bəyan edib. Geri dön |