Ana Sayfa > Karusel / Gündəm > Bu gün Super Ay hadisəsi müşahidə olunub
Bu gün Super Ay hadisəsi müşahidə olunub13-07-2022, 23:15. Yazar: Admin |
Bu gün Super Ay hadisəsi müşahidə olunub. Bu, 2022-ci ilin 2-ci Super Ayıdır. 1-ci Super Ay iyun ayının 14-də baş verib, bu zaman Aya qədər məsafə 357433 km olub. Bakı Dövlət Universitetindən verilən xəbərə görə, bu gün həmçinin Ayla əlaqəli iki mühüm astronomik hadisə baş verib: bu, perigey və tam Aydır.
Perigey Bakı vaxtı ilə saat 13:09-da baş verib. Ay Yerə 357 263 km-ə qədər yaxınlaşıb və Ayın görünən diametri 33 dəqiqə 27 saniyə olub. Tam (Dolu) Ay Bakı vaxtı ilə saat 22:38-də görünüb. Super Ay hadisəsini bütün gecə ərzində Azərbaycan ərazisindən müşahidə etmək mümkün olacaq. Qeyd edək ki, son nəhəng Super Ay 2016-cı il noyabrın 14-də saat 16:54-də baş verib. Bu zaman Aya qədər məsafə 356 511 km olub. Bundan sonra növbəti dəfə nəhəng Super Ay 28 ildən sonra təkrarlanacaq. Ayın Yerə ən çox yaxınlaşması axırıncı dəfə 1948-ci ildə olub. Həmin vaxt Aya qədər məsafə 356 461 km təşkil edib. Geri dön |