Ana Sayfa > Karusel / Gündəm > Kilsədağ məbəd kompleksində ictimai bina qalıqları aşkar edilib
Kilsədağ məbəd kompleksində ictimai bina qalıqları aşkar edilib13-07-2022, 22:22. Yazar: Admin |
Kilsədağ məbəd kompleksi ətrafında aparılan axeoloji tədqiqat işləri yekunlaşıb. AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutundan verilən xəbərə görə, son iki ildə kompleks ərazisində aparılan yerüstü arxeoloji müşahidələr nəticəsində qeyd olunan səhədə darəvi məbəd kompleksi ilə birbaşa bağlılığı olan tikili qalıqlarının olması qeydə alınıb. Tikili qalıqlarının Kilsədağ məbəd kompleksi ilə bağlılığı nəzərə alınaraq memarlıq xüsusiyyətinin müəyyən edilməsi istiqamətində arxeoloji tədqiqatlar aparılıb. Kilsədağ məbəd kompleksi ərazisində şimaldan-cənuba 26 metr uzunluğunda, şərqdən-qərbə 12,50 m enində, aparılan arxeoloji tədqiqat işləri zamanı maraqlı memarlıq elementləri üzə çıxarılıb. Şimal və cənub hissədən oval formalı ictimai bina qalığının uzunluğu 21 metr, eni 12 metr olmaqla, divarının qalınlığı 1,40 m-dir. Ərazidən tədqiqatlar zamanı çoxlu sayda son antik-ilk orta və orta əsrlərə aid saxsı qab, şüşə və kirəmit qalıqları aşkar edilib. Qazıntı sahəsinin nivelirləmə üsulu ilə topoqrafik planlanması həyata keçirilib, gələcək tədqiqatların daha operativliyinin təmin edilməsi məqsədi ilə ərazinin dron vasitəsi ilə foto və video görüntüləri qeydə alınıb. Qurumdan verilən məlumata görə, Kilsədağ məbəd kompleksində arxeoloji qazıntı və tədqiqat işlərinin növbəti tədqiqat ilində davam etdirilməsi nəzərdə tutulur. Geri dön |