Ana Sayfa > Karusel / Gündəm > Avro dollara nisbətdə ucuzlaşdı

Avro dollara nisbətdə ucuzlaşdı


13-07-2022, 17:45. Yazar: Admin

Avro 20 il ərzində ilk dəfə dollara nisbətdə ucuzlaşıb.

 

Qarabaqinfo.az-ın məlumatına görə, birjalarda 1 avro 0,99 dollara bərabər olub ki, bu da ötən günlə müqayisədə 0,4 faiz azdır.

 

Bu, 2002-ci ilin dekabrından bu günədək avronun ən ucuz göstəricisi olub. Ümumilikdə, 2022-ci il ərzində avro 10 faizdən çox dəyər itirib.

 

Qeyd edək ki, avro bir sıra Avropa ölkəsində vahid valyuta qismində 2002-ci il yanvarın 1-də dövriyyəyə buraxılıb.


Geri dön