Ana Sayfa > Karusel / Cəmiyyət > Daha bir qazi intihara cəhd edib - FOTO

Daha bir qazi intihara cəhd edib - FOTO


13-07-2022, 17:39. Yazar: Admin

Xaçmaz rayonunda qazi intihara cəhd edib.

 

Qarabaqinfo.az-ın məlumatına görə, hadisə rayonun Müzəffəroba kəndində qeydə alınıb.

 

Kənd sakini, 1993-cü il təvəllüdlü XTQ giziri Yusif Seyfulla oğlu Əsədullayev özünü yaşadığı evdən asaraq intihara cəhd edib. Xoşbəxtlikdən ailə üzvləri onu xilas edə bilib. 

 

İlkin ehtimala görə, intihara səbəb onun ailəsində yaranan problemləridir.

 


Geri dön