Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanda daha 63 nəfər COVID-19-a yoluxub
Azərbaycanda daha 63 nəfər COVID-19-a yoluxub12-07-2022, 17:53. Yazar: Admin |
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 63 yeni yoluxma faktı qeydə alınıb, 41 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 793827 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 703 nəfər müalicə olunaraq sağalıb, 9 719 nəfər vəfat edib, aktiv xəstə sayı 405 nəfərdir. Ölkədə son sutka ərzində 1 967, hazırkı dövrədək isə 6 989 636 test aparılıb. Geri dön |