Ana Sayfa > Karusel / Dünya > Bayden Çinə qarşı sanksiyaların müddətini daha bir il uzadıb
Bayden Çinə qarşı sanksiyaların müddətini daha bir il uzadıb12-07-2022, 09:13. Yazar: Admin |
ABŞ Prezidenti Cozef Bayden Honqkonqdakı vəziyyətlə əlaqədar Çinə qarşı tətbiq edilən sanksiyaların müddətini daha bir il uzadıb. Qarabaginfo.az xəbər verir ki, bu barədə Ağ Evin yaydığı bəyanatında deyilir. “Honqkonqdakı vəziyyət, o cümlədən Çinin Honqkonqun muxtariyyətini pozmaq üçün atdığı son addımlar ABŞ-ın milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün həddindən artıq təhlükə yaratmaqda davam edir. Bu səbəbdən 14 iyul 2020-ci ildə elan edilmiş milli fövqəladə rejim 14 iyul 2022-ci il tarixindən sonra da davam etməlidir. Honqkonqdakı vəziyyətlə əlaqədar milli fövqəladə rejimin müddətini bir il müddətinə uzadıram”, - Baydenin adından yayılan bəyanatda bildirilib. Geri dön |