Ana Sayfa > Karusel / Dünya > “Reuters”: “Binance ABŞ-ın sanksiyalarına baxmayaraq iranlı müştərilərə xidmət göstərib”
“Reuters”: “Binance ABŞ-ın sanksiyalarına baxmayaraq iranlı müştərilərə xidmət göstərib”12-07-2022, 08:50. Yazar: Admin |
Kriptovalyuta birjası Binance, 2018-ci ildə ABŞ-ın bu ölkədə biznes fəaliyyətini qadağan edən sanksiyalarına baxmayaraq, İrandan olan müştərilərə xidmət göstərməyə davam edib. Qarabaginfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Qeyd olunub ki, şirkət yoxlamaları gücləndirməyə başladığı 2021-ci ilin sentyabr ayına qədər İrandan olan müştərilər yalnız elektron poçtdan istifadə etməklə qeydiyyatdan keçməklə birjadan istifadə edə bilirdilər. Agentlik iranlı treyderlərdən biri Asal Əlizadədən sitat gətirib: “Bir neçə alternativ variant var idi, lakin Binance mübadiləsi ən əlverişli idi. Şəxsiyyətin yoxlanılması tələb olunmurdu ki, bu da bizə onun xidmətlərindən təhlükəsiz istifadə etməyə imkan verirdi”. Geri dön |