Ana Sayfa > Karusel / Dünya > Ərdoğan Venesuelaya səfər edəcək

Ərdoğan Venesuelaya səfər edəcək


12-07-2022, 08:46. Yazar: Admin

Rəcəb Tayyib Ərdoğan

 

Venesuela Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səfərinə hazırlıq görür.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Venesuela Prezidenti Nikolas Maduro bildirib.

“Yaxın günlərdə biz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Venesuelada qəbul edəcəyik. Biz sevinc hissi ilə hazırlıq işləri görürük. Ümid edirik bu görüş Venesuelada iqtisadi inkişafa töhfə verəcək” – deyə Maduro missiyası başa çatmış Türkiyə səfirini qəbul edərkən bildirib.

Qeyd edək ki, Maduro ötən iyunda Ankarada səfərdə olub.


Geri dön