Ana Sayfa > Karusel / Gündəm > Şri-Lanka müxalifəti ölkədə sabitlik yaratmağa hazır olduqlarını bildirib
Şri-Lanka müxalifəti ölkədə sabitlik yaratmağa hazır olduqlarını bildirib12-07-2022, 02:02. Yazar: Admin |
Şri-Lankanın aparıcı müxalifət partiyası Vahid Milli Qüvvələrin lideri Sajit Premadasa bazar ertəsi bildirib ki, müxalifət ölkəyə rəhbərlik etməyə və sabitlik yaratmağa hazırdır. Qarabaginfo.az xəbər verir ki, bu barədə “Adaderana” informasiya portalı məlumat yayıb. Siyasətçi əmindir ki, hökumətin, o cümlədən prezident və baş nazirin mandatı başa çatıb və onlar müxalifətin kreslosunu boşaltmalıdırlar: “İqtidar gözəl Vətəni dağıtmaq üçün bir araya gəliblər. Biz müxalifət olaraq ölkəni sabitləşdirməyə və iqtisadiyyatın bərpası proqramına rəhbərlik etməyə hazırıq. Biz prezident və baş nazirin rəhbərlik etdiyi hökuməti təyin edəcəyik. Bundan başqa həll yolu yoxdur”, - Premadasa əlavə edib. Geri dön |