Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Gündəm > Avropa İttifaqının əhalisi azalır
Avropa İttifaqının əhalisi azalır11-07-2022, 22:01. Yazar: Admin |
Avropa İttifaqının əhalisi 2 il ardıcıl olaraq azalıb. Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə Avropa Statistika Qurumu “Eurostat” məlumat yayıb.
Bildirilir ki, 1 yanvar 2021-ci ildə 27 ölkənin əhalisinin sayı 447 milyonu ötüb. 2022-ci ilin yanvarın 1-də isə 446 milyon 800 min nəfər olub. İllik azalma 200 min nəfər təşkil edib. 2020-ci ildə də əhali sayında azalma qeydə alınıb. Qurum əhalinin azalmasını koronavirus pandemiyasından doğan kütləvi ölümlərlə izah edir. Hesabat dövründə doğuş göstəricisi sabit qalsa da, əhalinin orta yaş həddi aşağı düşüb. Geri dön |