Ana Sayfa > Karusel / Gündəm > Qurban Qurbanov: "İlk matçda "Lex"in gücünü hiss etdik"

Qurban Qurbanov: "İlk matçda "Lex"in gücünü hiss etdik"


11-07-2022, 17:38. Yazar: Admin

Qurban Qurbanov: Cavab matçında böyük şansımız var - AZƏRTAC

"Çox vacib oyundur. Bəlkə də belə matçları əvvəlki illərdə 3-4-cü mərhələdə keçirirdik. Bu dəfə isə ilk raunddaca layiqli komanda düşdü. Polşadakı matçda rəqibin gücünü hiss etdik".

Qarabaginfo.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə Polşa "Lex"inə qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunundan öncə mətbuat konfransında deyib.

Qeyd edək ki, iyulun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Poznandakı ilk oyunda "Qarabağ" rəqibinə minimal hesabla uduzub - 0:1.


Geri dön