Ana Sayfa > Karusel / Gündəm > Almaniya XİN başçısı dünyanı nüvə silahından imtina etməyə çağırıb

Almaniya XİN başçısı dünyanı nüvə silahından imtina etməyə çağırıb


11-07-2022, 02:24. Yazar: Admin

ФРГ выделит средства на расследование резни в Буче и оружие - Политика - Курс Украины

Almaniyanın xarici işlər naziri Annalena Berbok dünyanı nüvə silahından imtina etməyə çağırıb.

Qarabaginfo.az “Deutsche Welle”yə istinadən xəbər verir ki, bu barədə o, iyulun 10-da 1945-ci ildə Amerikanın nüvə bombalaması nəticəsində dağıdılmış Naqasaki şəhərinə səfəri zamanı deyib.

O bildirib ki, Almaniya son vaxtlar nüvə silahı arsenallarında azalma yox, artım fonunda nüvə silahı olmayan dünya istiqamətində çalışmalıdır.

XİN başçısı Ukraynadakı müharibəyə toxunaraq, Berlinin qlobal vəziyyətin indi çox fərqli olmasına baxmayaraq, nüvə tərksilahını dəstəkləməyə davam edəcəyini vurğulayıb.

Qeyd edək ki, Almaniyanın özünün nüvə silahı yoxdur, lakin ekspertlərin fikrincə, onun ərazisində ABŞ-ın 20-yə yaxın nüvə bombası yerləşdirilib. Bu nüvə başlıqlarının Almaniyada yerləşdirilməsi NATO müqaviləsinin bəndləri ilə şərtlənir.


Geri dön