Ana Sayfa > Karusel / Gündəm > Türkiyə ordusu öz istehsalı olan hava-hava raketləri ilə təchiz ediləcək

Türkiyə ordusu öz istehsalı olan hava-hava raketləri ilə təchiz ediləcək


10-07-2022, 22:13. Yazar: Admin

Türkiyə ordusu öz istehsalı olan hava-hava raketləri ilə təchiz ediləcək

Türkiyə istehsalı olan “hava-hava” tipli raketlər 2022-ci ilin sonuna kimi bu ölkənin ordusuna veriləcək.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi İdarəsinin başçısı İsmayıl Dəmir “Twitter“də bildirib.

 

Onun sözlərinə görə, Gökdoğan raketi Türkiyədə uğurla sınaqdan keçirilib.

“GÖKTUĞ layihəmiz çərçivəsində milli hava-hava raketlərimizdən biri olan Gökdoğan raketi uğurla sınaqdan keçdi”, - deyə paylaşımda qeyd edilib.


Geri dön