Ana Sayfa > Karusel / Gündəm > "Kənddən Şəhərə" Yarmarkaları bayramda fəaliyyət göstərəcək

"Kənddən Şəhərə" Yarmarkaları bayramda fəaliyyət göstərəcək


23-05-2020, 12:50. Yazar: Admin

“Bildiyiniz kimi qarşıdan Ramazan bayramı gəlir və Aqrar Tədarük və Təchizat ASC-i olaraq biz Ramazan bayramı münasibətilə Kənddən Şəhərə yarmarkalarını yenidən fəaliyyətə başlatdıq. Bu gündən etibarən iki gün müddətində Paytaxtın 3 yerində Kənddən Şəhərə Ramazan yarmarkaları fəaliyyət göstərəcəy. Hazırda yerləşdiyimiz məkan Nərimanov rayonu Gənclik metrostansiyasının yaxınlığında yerləşir. Digər iki ünvan isə Yasamal rayonunda Seyfəddin Dağlı və Hüseyn Cavid prospektinin kəsişməsində və eyni zamanda Binəqədi rayonu Süleyman Sani Axundov küçəsi İnqilab Kinoteatrının yanında yerləşir”. 

"Qarabaginfo" xəbər verir ki, bunu mətbuata açıqlamasında Aqrar Tədarük və Təchizat ASC-nin mətbuat katibi Mayis Musayev deyib.Onun sözlərinə görə, yarmarkalarda ümumilikdə 100-ə yaxın fermer iştirak edir və 70 adda kənd təsərrüfatı məhsullarının satışı həyata keçirilir: “Yarmarkada fermerlərin xüsusi karantin rejimi ilə əlaqədar olaraq tibbi maskalar və əlcəklərlə təmin olunması həyata keçirilib və yarmarkanın girişində dezinfeksiya edici məhlul yerləşdirilib. Həm fermerlər, həm də yarmarkaya daxil olan müştərilər əllərini bu məhlulla dezinfeksiya edirlər. Yarmarka başlamazdan əvvəl yarmarkaların keçirilicəyi ərazilər dezinfeksiya olunub. Tam sanitar-gigiyenik qaydalara əməl olunmaqla xüsusi karantin rejiminin qaydaları qorunur”.M.Musayev vurğulayıb ki, məhsulların qiymətləri digər topdan və pərakəndə satış mərkəzlərindəki qiymətlərlə müqayisədə kifayət qədər münasibdir: “Bunun səbəbi isə fermerlər yarmarkada tamamilə ödənişsiz iştirak etmələridir. Bəzi hallarda fermerlərin məhsullarının Bakıya daşınmasında da biz ödənişsiz olaraq logistika dəstəyi göstəririk. Bu baxımdan fermerlerə tövsiyyəmiz əlavə xərclər olmadığına görə qiymətləri daha münasib etsinlər. Bəzi məhsulların qiymətlərini demək istərdim. Məsələn burada Soğan 0,30 AZN, Kartof 0,50 AZN-dən başlayan qiymətlərlə təklif olunur. Xiyar 0,70 AZN, Pomidorun isə qiyməti 1 AZN-dən başlayır. Eyni zamanda 2 AZN-ə çiyələk, 2 AZN-ə isə alça müştərilərə təklif olunur. Vətəndaşlara tövsiyyəmiz isə odur ki, bayram bazarlıqlarını gəlib birbaşa fermerlərin özlərindən etsinlər. Təbbi, keyfiyyətli, faraş məhsulları bu yarmarkalardan münasib qiymətə ala bilərlər”.


Geri dön