Ana Sayfa > Karusel / Gündəm > TƏBİB “Mirvari park” yaşayış kompleksindəki yanğında xəsarət alanlarla bağlı məlumat verib

TƏBİB “Mirvari park” yaşayış kompleksindəki yanğında xəsarət alanlarla bağlı məlumat verib


10-07-2022, 11:58. Yazar: Admin

TƏBİB “Mirvari park” yaşayış kompleksindəki yanğında xəsarət alanlarla bağlı məlumat verib

Yasamal rayonu Şəfaət Mehdiyev küçəsində yerləşən “Mirvari park” yaşayış kompleksində qeydə alınan yanğında Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadaları tərəfindən 9 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə hospital olunub.

TƏBİB-dən verilən məlumata görə, eyni diaqnozla 7 nəfərə yerində yardım olunub.

 

Eyni zamanda, 4 nəfərə stressə qarşı reaksiya üzrə, 1 nəfərə təpə nahiyəsinin əzilmiş yarası ilə yerində yardım olunub.

Ümumilikdə 9 nəfər hospital olunub, 12 nəfərə yerində yardım olunub.


Geri dön