Ana Sayfa > Karusel / Gündəm > Pakistanda güclü yağışlar 76 nəfərin həyatına son qoyub

Pakistanda güclü yağışlar 76 nəfərin həyatına son qoyub


9-07-2022, 23:28. Yazar: Admin

Monsoons in Pakistan + Flood Control Methods | ArchDaily

Pakistanın müxtəlif əyalətlərində yağan güclü yağışlar nəticəsində ölənlərin sayı 76-ya çatıb.

Qarabaginfo.az bu barədə yerli mətbuata istinadən xəbər verir.

İyulun 5-də Pakistanın əksər bölgələrinə yağan güclü yağışlar sakinlərin həyatına mənfi təsir göstərib.

Kəraçidə aramsız yağan leysan nəticəsində ölənlərin sayı 14-ə çatıb. 3 nəfər elektrik cərəyanı vurması, daha 3 nəfər isə tavanın uçması nəticəsində ölüb. Şəhərin bir çox yerlərində yollar, yaşayış binaları və müəssisələr su altında qalıb.

Güclü leysan Pakistanın paytaxtı və Ravalpindi şəhərində də baş verib.


Geri dön