Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanda daha 90 nəfər COVID-19-a yoluxub

Azərbaycanda daha 90 nəfər COVID-19-a yoluxub


9-07-2022, 21:07. Yazar: Admin

Azərbaycanda daha 90 nəfər COVID-19-a yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 90 yeni yoluxma faktı qeydə alınıb, 33 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 793 695 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 609 nəfər müalicə olunaraq sağalıb, 9 719 nəfər vəfat edib, aktiv xəstə sayı 367 nəfərdir.

Ölkədə son sutka ərzində 2157, hazırkı dövrədək isə 6 984 060 test aparılıb.


Geri dön