Ana Sayfa > Karusel / Dünya > Ermənistan koronavirusa təslim oldu

Ermənistan koronavirusa təslim oldu


23-05-2020, 12:25. Yazar: Admin



Ermənistanda koronavirusa yoluxanların sayı 6 302 nəfərə çatıb.

"Qarabaginfo"nun erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 374 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 3 nəfərin ölümü qeydə alınıb.

 

Bu günədək Ermənistanda 77 nəfər koronavirusdan ölüb, 2 936 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyunun 13-dək uzadılıb.
Modern.az


Geri dön