Ana Sayfa > Karusel / Gündəm > "Neftçi"nin futbolçusu: "Aris"i keçməyə çalışacağıq"
"Neftçi"nin futbolçusu: "Aris"i keçməyə çalışacağıq"9-07-2022, 16:59. Yazar: Admin |
"Təlim-məşq toplanışı yaxşı keçir. Rəsmi matçlara tam hazır olmaq üçün əlimizdən gələni edirik. Əhval-ruhiyyə də qaydasındadır. Tamamilə oyunlara köklənmişik". Qarabaginfo.az-ın məlumatına görə, bunu "Neftçi"nin futbolçusu İsmayıl Zülfüqarlı klubun Türkiyənin Bolu bölgəsində davam edən toplanış barədə rəsmi saytına müsahibəsində deyib. 21 yaşlı yarımmüdafiəçi yerli "Sakaryaspor"la 1:1 hesablı heç-heçə etdikləri yoxlama görüşün dəyərləndirib: "İlk matç üçün oyunumuzu normal sayıram. Mənə gəlincə, özümü yaxşı tərəfdən göstərməyə çalışdım. Məşqçimiz həm oyunun gedişində, həm də ondan sonra düz və səhv tərəflərimizi dedi. Səhvlərimizdən nəticə çıxarıb, onları düzəltməyə çalışacağıq". Ötən mövsüm 22 qarşılaşmada 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalan Zülfüqarlı bunu daha çox cinah müdafiəçisi mövqeyində oynamağı ilə əlaqələndirib: "Bəli, qol ötürmələrim daha çox idi. Hər bir halda ötən mövsüm yaxşı təcrübə qazandım. İnanıram ki, yeni mövsümdə komandam üçün daha da faydalı olacağam". Gənc oyunçu Kipr "Aris"i ilə oynayacaqları UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin matçlarına da toxunub: "Əvvəlcədən nəsə demək düzgün olmaz. Amma təbii ki, mərhələni keçib, yolumuza davam etməyə çalışacağıq. Düşünürəm ki, azarkeşlərimizlə birlikdə uğurlu mövsüm keçirəcəyik. Bunun üçün çalışırıq". Qeyd edək ki, "Neftçi" "Aris"lə ilk oyununu iyulun 21-də səfərdə, cavab görüşünü isə iyulun 28-də evdə keçirəcək. Geri dön |