Ana Sayfa > Karusel / Qarabağ > Prezidentin xüsusi nümayəndəsi: Zəngilan beynəlxalq logistika mərkəzinə çevriləcək
Prezidentin xüsusi nümayəndəsi: Zəngilan beynəlxalq logistika mərkəzinə çevriləcək9-07-2022, 14:09. Yazar: Admin |
Beynəlxalq nəqliyyat dəhlizi olan Zəngəzur dəhlizinin bir hissəsi Zəngilan rayonundan keçir. Qarabaginfo.az xəbər verir ki, bunu Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev Azərbaycan Respublikası diplomatik nümayəndəliklərinin rəhbərlərinin Şuşada keçirilən müşavirəsində deyib. Prezidentin xüsusi nümayəndəsi qeyd edib ki, bu da rayonun gələcəkdə mühüm logistika mərkəzinə çevrilməsinə köməklik edəcək: “Belə ki, 55,8 km-i Zəngilan ərazisindən keçən Horadiz-Ağbənd dəmir yolu xətti təxminən 2023-cü ildə, Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolunun 61,2 km-lik hissəsi isə təxminən 2024-cü və 2025-ci illərdə yekunlaşacaq. Zəngilanı beynəlxalq logistika mərkəzinə çevirmək üçün 2021-ci ilin iyul ayında inşasına başlanılan Zəngilan Beynəlxalq Aeroportunun tikintisi isə bu ilin sentyabr ayında başa çatacaq”. Geri dön |