Ana Sayfa > Karusel / Region > Gürcüstanın Baş naziri müsəlmanları təbrik edib 

Gürcüstanın Baş naziri müsəlmanları təbrik edib 


9-07-2022, 12:45. Yazar: Admin

 

İrakli Qaribaşvili: Cənubi Qafqazda təhlükəsizliyin yaxşılaşdırılması istiqamətində mühüm addım atılıb - AZƏRTAC

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkə müsəlmanlarını Qurban Bayramı münasibətilə təbrik edib.

Qarabaginfo.az xəbər verir ki, o, bayramı sülh, mərhəmət və ümid bayramı olduğunu bildirib.

"Müsəlman həmvətəndaşlarımızı Qurban Bayramı münasibətilə təbrik edirəm. Hamıya firavanlıq, səadət və xoşbəxtlik arzulayıram", - təbrikdə deyilir.

Qeyd edək ki, Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyi, barışıq və vətəndaş bərabərliyi üzrə dövlət nazirinin Aparatı da ölkənin müsəlman icmasını təbrik edib.


Geri dön