Ana Sayfa > Karusel / Qarabağ > Ermənilər Qarabağın Azərbaycana aid olması ilə barışıb? - “Bu, yeni müharibə doğura bilər“

Ermənilər Qarabağın Azərbaycana aid olması ilə barışıb? - “Bu, yeni müharibə doğura bilər“


8-07-2022, 16:29. Yazar: Admin

Ermənilər Qarabağın Azərbaycana aid olması ilə barışıb? - “Bu, yeni müharibə doğura bilər“

“Onlar başa düşür ki, Qarabağın Azərbaycana aid olması ilə barışmasalar, yeni müharibəyə səbəb ola bilərlər”.

Qarabaginfo.az xəbər verir ki, bunu Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Zaur Məmmədov deyib.

O, erməni millət vəkili Tiqran Abramyanın bəyanatını şərh edib.

Xadırladaq ki, Abramyan bildirib: “Ermənistan rəhbərliyi bütün Qarabağı Azərbaycanın tərkib hissəsi sayır və bununla bağlı artıq heç nə etmək olmaz”.

Öz növbəsində, Z. Məmmədov qeyd edib ki, Ermənistan əhalisinin böyük bir hissəsi Qarabağın hər zaman Azərbaycanın tərkib hissəsi olduğunu çox yaxşı bilir.

“Onlar yeni reallıqla barışıblar. Başa düşürlər ki, əgər Qarabağın Azərbaycana aid olması ilə barışmasalar, bu, yeni müharibəyə səbəb ola bilər və belə vəziyyətdə Ermənistanın artıq öz müqəddəratı həll edilməli olacaq”.

“Ermənistan əhalisi Qarabağın Azərbaycan tərəfindən azad edilməsi ilə barışmasa, Nikol Paşinyanın növbəti dəfə seçkilərdə qalib gəlməsinə imkan verməz. Erməni müxalifətinin bir neçə ay davam edən aksiyalarına dəstək verməmə buna misaldır. Əgər xalq küçəyə çıxmırsa, deməli, Qarabağın Ermənistana aid olmaması ilə barışıb”.

Z. Məmmədov bildirib ki, milli duyğu, torpaq sevgisi çox vacib nüanslardır:

“Ermənilərdə Qarabağa bağlılıq yoxdur. Çünki Qarabağ heç bir zaman Ermənistan torpağı olmayıb. Ermənistandakı ermənilər nə Qarabağ ermənilərini, nə də Qarabağı özününkü sayır”.


Geri dön