Ana Sayfa > Karusel / Cəmiyyət > TƏBİB-dən növbəti maska xəbərdarlığı

TƏBİB-dən növbəti maska xəbərdarlığı


22-05-2020, 18:16. Yazar: Admin

 

 

"Açıq havada fəaliyyət göstərən kafe və restoranların iş qrafiki ilə bağlı məhudiyyətlər qüvvədədir. Qərarın dəyişməsi epidemioloji vəziyyətin gedişatından asılı olacaq".

Qarabaginfo.az xəbər verir ki, bunu "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O qeyd edib ki, qapalı məkanlarda tibbi maskaların taxılması məcburidir və buna əməl etməyənlər cərimə olunacaq: “Açıq havada isə maskalardan istifadə tövsiyə xarakterlidir. Amma haradasa açıq havada növbə olarsa, orada da tibbi maska taxmaq məcburi olacaq”.


Geri dön