Ana Sayfa > Karusel / Sosial > Azərbaycanda 617 liliput uşağa boy dərmanı verilib

Azərbaycanda 617 liliput uşağa boy dərmanı verilib


8-07-2022, 14:53. Yazar: Admin

Azərbaycanda boy inkişafı problemi olan 617 uşağa xüsusi dərman preparatı təqdim olunub.

Qarabaqinfo.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədri Zaur Əliyev “Azərbaycanda əlilliyi olan şəxslərin reabilitasiyası sistemində islahatlara dəstək” layihəsinin təqdimat mərasimində deyib.


Z.Əliyev deyib ki, əlillik təkcə qəza və ya bədbəxt hadisə nəticəsində baş vermir. Eyni zamanda, qarşısı alına biləcək müəyyən xəstəliklər var ki, vaxtında aşkarlanıb onlara uyğun tədbirlər görülərsə, əlillik aradan qaldırıla bilər.

“Bu istiqamətdə bir çox profilaktik testlər həyata keçiririk, boy inkişafı problemi olan uşaqları boy hormonu preparatları ilə təmin edirik. Bu günə qədər 617 uşağa belə preparatlar təqdim olunub. İrsi xəstəliklərin müəyyənləşdirilməsi məqsədilə "topuq" və "tər" testləri aparılır. Bundan sonra da profilaktik tədbirlər davam etdiriləcək”.


Geri dön