Ana Sayfa > Karusel / Gündəm > Bayram günü hava necə olacaq? - PROQNOZ

Bayram günü hava necə olacaq? - PROQNOZ


8-07-2022, 13:00. Yazar: Admin

Azərbaycanda iyulun 9-na gözlənilən hava proqnozu açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Qarabaqinfo.az-a verilən məlumata görə, bayram günü Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Şimal-şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 20-25° isti, gündüz 32-37° isti, Bakıda gecə 22-24° isti, gündüz 34-36° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 40-45 % olacaq.

 

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 18-23° isti, gündüz 33-38° isti, dağlarda gecə 8-13° isti, gündüz 19-24° isti olacaq.


Geri dön