Ana Sayfa > Karusel / İqtisadiyyat > “Azəristiliktəchizat”ın borcu 20 mln-nun üzərindədir - Baş direktor
“Azəristiliktəchizat”ın borcu 20 mln-nun üzərindədir - Baş direktor8-07-2022, 12:41. Yazar: Admin |
"Bizim yığımla bağlı göstəricilər daha da yüksək ola bilərdi, ancaq “Azəristiliktəchizat”ın bizə borcu artmaqda davam edir. Bu rəqəm 20 mln. üzərindədir. Onu görə də, bizim yığım səviyyəmiz 105% deyil, 110% ola bilərdi”.
Qarabaqinfo.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib.
Baş direktor “Azəristiliktəchizat”a xüsusi müraciətlər edildiyini bildirib:
“Yay aylarında satışlarımızın az olduğu üçün, işçilərin əməkhaqqısı, təmir-tikinti proqramı, qazlaşma proqramının həyata keçirilməsi üçün bizə daha çox vəsait lazım olur, ona görə də biz “Azəristiliktəchizat” bununla bağlı müraciət etmişik. Geri dön |